← Back to team overview

ubuntu-l10n-az team mailing list archive

Salam

 

Salam,

Bu gündən etibarən bizə e-poçt ünvanı verdilər, və biz müzakirələri,
sualları və digər danışıqları burada apara bilərik.

Qrupun yaranmasının bir neçə səbəbi və var hədəfi var:

1) Tərcümələrin daha keyfiyyətli və uyğun (eyni terminlər bir cür tərcümə
olunması) olması.

2) Anonim və qrupdan kənar istifadəçilərin tərcümələrin tövsiyyə etmə imkanı
(bilavasitə tərcüməni dəyişmək imkanı yoxdur). Qrup iştirakçıları isə o
tərcümələri yoxlayıb təsdiqləyə bilər.

3) Qrupun Wiki səhifəsi var, onu təkmilləşdirmək və ümumi qaydaları orada
qeyt etmək, yeni iştirakçılara kömək olan bir mənbə qurmaq.

4) Qrupa qəbul olunanlar aktiv (və ya əvvəllər çox aktiv) iştirakçılardı. Bu
ümumi olaraq tərcümələri daha düzgün və məqsədə uyğun edir

5) Vandalizmın qarşısı alınır. Bizi sevməyən və aktivliyi müşahidə edib
tərcümələri pozub və ya dəyişdirə bilən adamların qarşısı alınır :)

6) Gələcəkdə daha çox iştirakçı yığmaq üçün, qrup səhifəsini başqa
resurslardada təqdim etmək olar.

İndi əsas müzakirə ediləsi məsələ - terminlərdi. Hər termini bir neçə cür
tərcümə etmək olar amma seçim gərək bir olsun. Səhifədə 3 dənə "poll"
yaraddım (https://launchpad.net/~ubuntu-l10n-az/+polls), çox adam olduqca,
düzgün variant üzə çıxacaq. Bir nəticə olduqda, tərcümələrin hamısında
birdən dəyişmək olar. Ubuntu 9.10 çıxanacan bunu etsək yaxşı olar.

Hamıya uğurlar!

Regards,
Said
Casey Stengel<http://www.brainyquote.com/quotes/authors/c/casey_stengel.html>
- "All right everyone, line up alphabetically according to your
height."

Follow ups